Türkiyə İŞİD üçün toplanır – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Türkiyə İŞİD üçün toplanır – SON DƏQİQƏ

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında bu gün Çankaya Köşkündə təhlükəsizlik toplantısı keçiriləcək.

Publika.az xəbər verir ki, bu gün Ankarada İraq və Suriyadakı vətəndaş qırğını, İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatının bölgədəki təsiri və ABŞ-ın bu təşkilata qarşı başlatdığı əməliyyatların müzakirə olunacağı təhlükəsizlik toplantısı keçiriləcək. Toplantıya prezident R.T.Ərdoğan sədrlik edəcək.

Bundan əlavə, toplantıya baş nazir Əhməd Davudoğlu, ali baş qərargah rəisi, ordu generalı Necdət Özəl, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Əfqan Ala və müdafiə naziri İsmət Yılmaz qatılacaq.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm