Moldova Ukrayna ilə sərhədi bağladı
Bizi izləyin

Dünya

Moldova Ukrayna ilə sərhədi bağladı

Moldova sərhəd polisi ölkənin şimalında Ukrayna ilə nəzarət-buraxılış məntəqələrinin bağlandığını açıqlayıb.

Publika.az Moldova sərhəd polisinin "Telegram" kanalına istinadla xəbər verir ki, Moldova Ukrayna ilə sərhəd hissələrindən birini bağlayıb.

“Sərhəd polisi təhlükəsizlik məqsədilə ölkənin şimalında Moldova-Ukrayna bölməsində bütün nəzarət-buraxılış məntəqələrinin işinin dayandırılması barədə məlumat verir”, - agentliyin açıqlamasında bildirilir.

Sürücülərə, digər keçid məntəqələrini seçmək və ya Ukraynaya səfərlərini təxirə salmaq tövsiyə olunub.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm