Dünya
ABŞ modernləşdirilən kasetli bombaları sınaqdan keçirdi
ABŞ modernləşdirilən G-CLAW adlı bombaları sınaqdan keçirib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ ordusunun Arizona ştatındakı poliqonunda keçirilən sınaq uğurlu alınıb.
Bombanı hazırlayan “Textron Defense Systems” şirkətindən verilən açıqlamaya görə, döyüş sursatı müəyyən olunmuş hədəfi müvəffəqiyyətlə vurub. Keçirilən sınaq 2014-cü il üçün planlaşdırılan beş sınaqdan sonuncusu idi.
Bombanın ABŞ xüsusi əməliyyatları komandanlığının ehtiyacları üçün istifadə olunan və xüsusi təchiz edilmiş “Cessna Caravan” turbovintli təyyarədən 3048 metr hündürlükdən atıldığı bildirilir. Şirkət qeyd edir ki, döyüş sursatı öz effektivliyini sübut edib. G-CLAW bombasını pilotsuz təyyarələr də daxil olmaqla “Beechcraft T-6 Texan II” və “Textron AirLand Scorpion” yüngül hücum təyyarələri, həmçinin “Cessna Caravan” təyyarələrdən də atmaq mümkündür.
Qeyd edək ki, “Textron Defense Systems” şirkəti G-CLAW kasetli bombalarını 2012-ci ildə hazırlayıb.
Yeni sursat yüngülçəkili olmaqla yanaşı, böyük məhvetmə gücünə malikdir. Atışlar zamanı ənənəvi sursatlardan fərqli olaraq bütün bombaları partlayır və yer üzərində qalmır. G-CLAW zərəri azaltmaq üçün elektron sistemlə, o cümlədən GPS siqnallarla idarəetmə sistemi ilə təchiz edilib. Bundan başqa, kasetin daxilindəki döyüş sursatları özünü məhvetmə və partladıcını söndürmə sistemi mövcuddur. Yeni sursatın təhlükəsizlik sistemlərinin etibarlılığı 99 faizdən çox təşkil edir.
İstehsalçı şirkətin mütəxəssislərinin hesablamalarına görə, bir
G-CLAW futbol stadionunun sahəsində yüngül zirehli hərbi texnika və
canlı qüvvəni məhvetmə gücünə malikdir.
Ömər Dağlı
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu