• USD 1,7000 0,00% EUR 1,9066 -0,40%
    • GBP 2,1114 -0,77% RUB 0,0270 -0,37%

Türkiyə İrandan 2 milyard dollar istəyir - MƏHKƏMƏ

  • Dünya
  • 5 Fevral 2014 12:07
  • 516 Baxış
Türkiyə İrandan  2 milyard dollar istəyir - MƏHKƏMƏ

Arbitraj məhkəməsində qazın qiyməti ilə bağlı Türkiyənin İrana qarşı iddiası təmin edilərsə, ölkə bundan 2 milyard dollardan çox vəsait qazana bilər. Bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Hürriyet" qəzeti xəbər yayıb.

Nazirin sözlərinə görə, Ankara Arbitraj məhkəməsinin Türkiyənin xeyrinə qərar çıxaracağına ümid edir.2012-ci ilin martında Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə İran qazının qiyməti məsələsi ilə bağlı müraciət edib.İrandan Türkiyəyə hər il 10 milyard kubmetr qazın tədarükü haqında saziş 1996-cı ildə imzalanıb.

Qazın qiymətləri rəsmən açıqlanmasa da, Türkiyə KİV-in məlumatına görə, ölkə İran qazının hər min kubmetri üçün 490 dollar ödəyir.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR