Kral öz arvadına maaş təyin etdi
Bizi izləyin

Dünya

Kral öz arvadına maaş təyin etdi

İspaniya kralı I Xuan Karlos ölkə tarixində ilk dəfə olaraq kraliça Sofiyaya və Austriya şahzadəsi Letisiyaya rəsmi aylıq əmək haqqı təyin edib.

Azvision.az Qərb KİV-lərinə istinadən xəbər verir ki, kraliçanın illik gəliri ildə 130 min avro təşkil edəcək. Bu məbləğin 63234 avrosu əmək haqqı, qalanı isə ezamiyyət və səfər xərcləri üçün nəzərdə tutulub.

Kral I Xuan Karlosun özü isə ildə 140 min avro pul alacaq. Bundan başqa digər təşkilati xərclərə əlavə olaraq 68 min avro maliyyə vəsaiti veriləcək.

Ümumilikdə, 2014-cü ildə İspaniya büdcəsindən kral evinin saxlanmasına 7,7 milyon avro ayrılacaq. Bu keçənilki vəsaitdən 2% az olacaq. İspaniya qanunlarına görə, kral gəlir və xərcləri barəsində hesabat verməyə məcbur deyil. Amma məlumdur ki, büdcədən ayrılan dotasiyaların böyük əksəriyyəti sarayın xidmət personalının saxlanmasına xərclənir. Təkcə, Sarsuela sarayında 1,5 min nəfər insan çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm