Putinin arxasındakı sarışın qadın kimdir?
Bizi izləyin

Dünya

Putinin arxasındakı sarışın qadın kimdir?

Putinin tədbirlərində tez-tez seçilən müəmmalı bir ad var. Sözügedən sarışın Putinin yeni il çıxışında hərbi geyimdə görüntülənib. Məlum olub ki, bir neçə fərqli adı olan sarışın 2019-cu ildə Ərdoğana dondurma təklif edib.

Publika.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ənənəvi Yeni il nitqi ilə çıxış edərkən onun arxasında dayanan əsgərlərdən biri diqqət çəkib.

Putinin arxasında duran əsgərlərin Ukrayna müharibəsində iştirak etdiyi açıqlanıb.

Uniformalı sarışın rus fotodakı üç qadından biri idi. Rusiyada "Telegram" hesablarına düşən qadının adının kapitan Anna Sidorenko olduğu açıqlanıb.

Maraqlısı odur ki, sözügedən qadın son bir neçə ildə Vladimir Putinin fotolarında müxtəlif obrazlarda yer alıb.

İngilis tabloid qəzetlərində yer alan məlumata görə, 2016-cı ildə balıqçı olan qadın növbəti il Putinlə birlikdə kilsə üzvü kimi pozalar verib.

Rusiya mətbuatında yer alan xəbərə görə, qadının şəxsiyyəti ilə bağlı iki fərqli iddia var. Qadının Rusiya lideri Putinin təhlükəsizlik komandasında olduğu bildirilir. Digər bir iddia isə budur ki, Kreml bu cür işlərdə aktyor və aktrisalarla işləyir.

Prezident Rəcəb Tayyib Ərdoğan 2019-cu ildə Moskvaya gedib və Vladimir Putinlə görüşüb. Ölkədə keçirilən tədbirə qatılan liderlər yarmarkadakı dondurma stendindən dondurma alıblar. Həmin vaxt gündəmdə olan qadının adı xəbərlərdə Kornetto agenti kimi hallanırdı.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm