Rusiya təşvişdə: iki həftəyə 2 milyard itirdi
Bizi izləyin

Dünya

Rusiya təşvişdə: iki həftəyə 2 milyard itirdi

Ukrayna böhranına görə maliyyə bazarında problemlər yaşanan Rusiyanın valyuta ehtiyatları 462 milyard dollara düşüb.

Axar.az xəbər verir ki, 5 sentyabrda 464 milyard dollar olan ehtiyatlar 14 gün ərzində 2 milyard dollar geriləyərək 462 milyard olub.

2008-ci ilin avqustunda 598,1 milyard dollarla rekorda imza atan Rusiya qlobal maliyyə böhranı nəticəsində 2009-cu ildə 376 milyard dollara qədər geriləmişdi.

Xatırladaq ki, Rusiya dünya maliyyə bazarında Çin və Yaponiyadan sonra 3-cü yerdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm