Onların Rusiyaya girişinə qadağa qoyuldu
Bizi izləyin

Dünya

Onların Rusiyaya girişinə qadağa qoyuldu

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Baş Qərargah rəisi Patrik Sandersin Rusiyaya girişinə qadağa qoyulduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə "Lenta.ru "nəşrinə məlumat verib.

Ümumilikdə, diplomatın xatırlatdığı kimi, “stop siyahısı”na 36 Britaniya rəsmisi, təhlükəsizlik işçisi və jurnalistin adı daxil edilib.

O qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi Rusiya ərazisinə girişi qadağan olunmuş Britaniya vətəndaşlarının tam siyahısını dərc etməyi lazım görmür, çünki Britaniya hakimiyyəti bilir ki, söhbət kimdən gedir. Eyni zamanda o vurğulayıb ki, Rusiya tərəfi Londonun tələbi ilə bu “stop siyahısı”nı təqdim edə bilər.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm