Putinin gizli silahı üzə çıxdı
Bizi izləyin

Dünya

Putinin gizli silahı üzə çıxdı

Rusiya ilə Ukrayna arasında 24 fevral 2022-ci ildə başlayan müharibə davam edərkən, Rusiya dövlət mediasından diqqətçəkən bir açıqlama gəldi. “Putinin gizli qiyamət silahı” adlı silah və sursatların istehsalına başlanıldığı açıqlanıb.

Publika.az xəbər verir ki, Rusiyanın TASS xəbər agentliyinin Rusiya ordusundan adını açıqlamayan mənbələrə əsaslanaraq verdiyi açıqlamada Poseydonun sınaq atışlarının tamamlandığı və bu raketə nüvə başlığının taxıldığı qeyd edilib.

Rusiya Müdafiə Nazirliyi bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Rusiya lideri Putinin 6 “super silahı” olduğu bildirilərkən, “Poseydon” adlı silahın istehsal edildiyi və tezliklə “Belqorod” adlı nüvə enerjili sualtı qayıqda istifadə ediləcəyi bildirilib.

Putinin digər “gizli super silahları” “Avanqard” hipersəs vasitəsi, “Sarmat” qitələrarası ballistik raketi, “Burevestnik” qanadlı raketi, “Kinjal” ballistik raketi və “Zirkon” hipersəs raketi kimi tanınır.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm