Sarkozi siyasətə qayıdışını elan etdi
Bizi izləyin

Dünya

Sarkozi siyasətə qayıdışını elan etdi

Fransanın sabiq prezidenti Nikolas Sarkozi böyük siyasətə qayıdışını elan edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Sarkozinin özü “facebook” səhifəsində bildirib.

"Uzunmüddətli düşüncələrdən sonra yeni siyasi seçimi etməyə qərar verdim. Çünki ölkənin indiki vəziyyətində müşahidəçi qalmaq məsuliyyətsizlik olardı”, - Sarkozinin açıq məktubunda deyilir.

Xatırladaq ki, Sarkozi prezident seçkilərində 2012-ci ildəki məğlubiyyətdən sonar yerini Fransua Ollanda verərək siyasətdən gedib.

Sentyabrın əvvəllərində Fransa mediası sorğu keçirib. Sorğunun nəticələrinə görə, ölkə əhalisinin yalnız 13 faizi Ollandı dəstəkləyirlər. Bu Fransa tarixində ən aşağı göstəricidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm