Dünya
Yeltsinin məzarı üzərində gül buketi peyda oldu - Rusiyadan qaçan Çubaysdan

Rusiyanın ilk prezidenti Boris Yeltsinin anadan olmasının 92-ci ildönümü günündə Moskvanın Novodeviç qəbiristanlığındakı məzarı üzərinə “Anatoli Çubaysdan” yazısı olan qırmızı və ağ qızılgül buketi peyda olub.
Publika.az xəbər verir ki, Boris Yeltsin 1991-ci il dekabrın 25-dən 1999-cu il dekabrın 31-dək Rusiya prezidenti olub. O, 2007-ci il aprelin 23-də ürək tutması nəticəsində dünyasını dəyişib və aprelin 25-də Novodeviç qəbiristanlığında dəfn edilib.
Anatoli Çubays Boris Yeltsin prezident olanda, onun administrasiyasının rəhbəri, maliyyə naziri və hökumət sədrinin birinci müavini vəzifələrində çalışıb.
Son illərdə o, Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi olub. O, Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra ölkəni tərk edib.
Aydan

-
Hadisə19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO
-
Hadisə19:24
Xalq artisti aparıcı qızından DANIŞDI: "Lakin qərarı özü verməli idi" - FOTO
-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO
-
Magazin118:13
Müslüm Maqomayevin onu otağından qovmasından DANIŞDI: "Mənə ağıl öyrədəcəksən?" - VİDEO
-
Cənubi Qafqaz17:55
Sülh müqaviləsi üzərində işləyirik, Laçın yolunu isə... – Mirzoyan
-
Region16:33
Türkiyədə prezidentliyə namizəd azərbaycanlı kimdir?
-
ABŞ16:11
Böhran bütün dünyaya yayıla bilər - Şok ssenari