Dünya
Putin bu tarixdə Kiyevə hücum əmri verəcək - Bu dəfə Belarusun şimal hissəsindən də...
"Rusiya prezidenti Vladimir Putin öz xalqına sübut etmək istəyir ki, o, heç vaxt təslim olmayan uzunmüddətli oyunçudur və buna görə də yenidən Kiyevə hücum edəcək"
Publika.az xəbər verir ki, bu sözləri Polşanın baş naziri Mateuş Almaniyanın " Bild" nəşrinə müsahibəsi zamanı deyib.
"Düşünürəm ki, Putinin və onun Rusiya ordusunun yeni baş komandanı Valeri Gerasimov kimi adamların planı Ukraynanı mühasirəyə almaqdır. Və bütün bu planları hazırlayaraq, yəqin ki, iki və ya üç tərəfdən hücuma keçməli olduğunu düşünür. Ona görə də hesab edirəm ki, ukraynalılar Ukraynanın Belarusun şimal hissəsindən hücumları istisna edə bilməzlər, Kiyev qərbdən mühasirəyə alınacaq”, - Polşa hökumətinin başçısı bildirib.
O əlavə edib ki, hazırda qış kifayət qədər mülayim keçir, bu isə o deməkdir ki, torpaq ağır tanklar və artilleriya üçün uyğun deyil.
“Ona görə də Putin yəqin ki, bütün çirkab, bataqlıqlar quruyana və hücum üçün zəmin yaranana qədər gözləyəcək. Ukraynadan əldə etdiyim bütün məlumatlara əsasən, bilirəm ki, Rusiyanın daha bir hücumu olacaq, yəqin ki, mart və ya aprel aylarında. Bu, çox ağır hücum olacaq”, - Moravietski deyib.
O qeyd edib ki, Kreml rəhbəri çoxlu yeni əsgərləri, təxminən 200-250 min nəfəri səfərbər edib: "Unutmamalıyıq ki, Rusiyanın resursları həqiqətən böyükdür, cibləri isə dərindir. Onların çoxlu sursatları, silahları və adamları var".
Ayşən
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı































