Rusiya ordusunun zabiti etiraf etdi, üzr istədi: Talan, zorlama, işgəncə... - Video
Bizi izləyin

Dünya

Rusiya ordusunun zabiti etiraf etdi, üzr istədi: Talan, zorlama, işgəncə... - Video

Rusiya ordusunun keçmiş zabiti Konstantin Yefremov ukraynalı hərbi əsirlərin vurulması, zorlanma ilə hədələnməsi ilə bağlı iddiaları təsdiqləyib.

Publika.az xəbər verir ki, Rusiya ordusundan indiyə qədər danışan ən yüksək rütbəli zabit olan Yefremov, "BBC"-yə tərk etdiyi Rusiyanın hal-hazırda onu vətən xaini elan etdiyini deyib.

Yefremov Ukraynanın cənubundakı bir bölgədə baş verənləri belə təsvir edib:

"Dindirmə, işgəncə təxminən bir həftə davam etdi. Hər gün, hər gecə, bəzən gündə iki dəfə".

Yefremov dəfələrlə ordudan istefa verməyə cəhd edib. Lakin o, Ukraynaya qayıtmaqdan imtina etdiyi üçün sonda işdən çıxarılıb və Rusiyadan qaçıb.

"BBC", Yefremovun təqdim etdiyi hərbi sənədlərdən və fotoşəkillərdən istifadə edərək onun müharibənin əvvəllərində Ukraynada, Zaparojye şəhərində olduğunu təsdiqləyib.

Keçən il Ukraynaya ezam olunmuş keçmiş baş leytenant Yefremov orada şahidi olduğu cinayətlər, o cümlədən ukraynalı məhbuslara qarşı işgəncə və pis rəftar barədə danışmağa razı olub.

O, yoldaşlarının işğal olunmuş ərazilərdə talançılığını, rus polkovnikin başçılıq etdiyi zorakı dindirmə iclaslarını, insanların zorlama və güllələnmə ilə hədələnməsini təsvir edib.

Yefremov Ukrayna xalqından üzr istəyib:

"Bütün Ukrayna xalqından üzr istəyirəm ki, biz onların evinə əlimizdə silahla müdaxilə etmişik, Allaha şükür ki, heç kəsi incitməmişəm, heç kəsi öldürməmişəm, Allaha şükür ki, öldürülməmişəm. Ukraynalılardan məni bağışlamalarını istəməyə belə haqqım yoxdur. Özümü bağışlaya bilmirəm, ona görə də onlardan bunu gözləyə bilmərəm".

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm