ABŞ səmasında Çinin kəşfiyyat şarı - İzləyirlər
Bizi izləyin

Dünya

ABŞ səmasında Çinin kəşfiyyat şarı - İzləyirlər

ABŞ səmasında Çinə məxsus hava şarı aşkarlanıb.

Publika.az xəbər verir ki, Pentaqonun sözçüsü Patrick Ryder qeyd edib ki, bu cür cihazların istifadəsi son bir neçə ildə qeydə alınıb.

Pentaqonun açıqladığı sənəddə bildirilir ki, ABŞ hökuməti kəşfiyyat balonunu aşkar edib və hazırda onu izləyir. Rayder vurğulayıb ki, Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı da obyekti izləyir.

Pentaqonun sözçüsü əlavə edib ki, hava şarı hazırda kommersiya uçuşlarının həyata keçirildiyi hündürlükdən daha yüksək hündürlükdə hərəkət edir və yerdəki insanlar üçün heç bir təhlükə yaratmır.

Eyni zamanda, Rayder aydınlaşdırıb ki, bu cür fəaliyyətlər əvvəllər də müşahidə olunub və şar aşkar edildikdən sonra ABŞ səlahiyyətliləri dərhal mühüm məlumatların toplanması üçün tədbirlər görüblər.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm