Bu şirkət 2000 işçini ixtisar etməyi planlaşdırır
Bizi izləyin

Dünya

Bu şirkət 2000 işçini ixtisar etməyi planlaşdırır

“Boeing” şirkəti bütün dünyada, əsasən, təyyarələr, helikopterlər, raketlər, peyklər, telekommunikasiya avadanlığı, raketlər layihələndirən və istehsal edən aerokosmik şirkətidir. Nəhəng şirkətlərdən sonra, “Boeing”də işçi ixtisarı etməyə hazırlaşır.

Publika.az “The Sattle Times”a istinadla xəbər verir ki, nəşr “Boeing”in bu il təxminən iki min işçisini ixtisar etmək istədiyini yazıb.

Eyni zamanda, işdən çıxarılma ilk növbədə maliyyə şöbəsinin və kadrlar şöbəsinin əməkdaşlarına təsir edəcək. İlkin məlumatlara görə, işdən çıxarılan işçilərin funksiyalarının bir hissəsi Hindistanın “Tata Consulting Services” şirkətinə verilə bilər.

“Boeing”in kommunikasiyalar üzrə baş direktoru Mayk Fridmanın sözlərinə görə, belə dəyişikliklər “iş proseslərinin optimallaşdırılması” ilə bağlıdır.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm