Ermənilər daha doğmur - Evlənənlər də...
Bizi izləyin

Dünya

Ermənilər daha doğmur - Evlənənlər də...

Ermənistanda doğum səviyyəsi aşağı düşməkdə davam edir.

Publika.az “news.am”a istinadla xəbər verir ki, Ermənistan Dövlət Statistika Komitəsinin dərc etdiyi 2022-ci il üçün demoqrafik göstəricilərə əsasən, 2022-ci ildə 36 min 623 uşaq doğulub ki, bu da 2021-ci illə müqayisədə 270 uşaq azdır. Beləliklə, ötən ilin yekun məlumatları 2020-ci ilin məlumatlarına bərabər olub.

Ölkədə ölənlərin sayı xeyli azalıb. Hesabat dövründə 26 min 805 vətəndaş dünyasını dəyişib ki, bu da 2021-ci illə müqayisədə 7 min 833 nəfər azdır.

Eyni zamanda, hesabat dövründə boşanmalar çox, nikahlar isə az olub. Ümumilikdə, 2022-ci ildə ölkədə 16 min 795 nikah bağlanıbsa, 2021-ci ildə bu rəqəm 370-dən çox olub. Bundan əlavə, 2022-ci ildə 4 min 525 boşanma ərizəsi verilib ki, bu da 2021-ci illə müqayisədə 91 fakt çoxdur.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm