ABŞ İŞİD-i Suriyada vurmağa başladı
Bizi izləyin

Dünya

ABŞ İŞİD-i Suriyada vurmağa başladı

ABŞ-ın hərbi aviasiyası “İslam Dövləti”nin (İŞİD) Suriya ərazisindəki mövqelərinə zərbələr endirməyə başlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Twitter” səhifəsində ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib.

“ABŞ və ölkə-partnyorların qırıcıları və bombardmançıları İŞİD-in Suriyadakı hədəflərinə zərbələr endirməyə başlayıb”, - deyə amerikalı general yazıb.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obamanın İŞİD-lə mübarizə strategiyasında terror təşkilatının Suriyadakı mövqelərinin də vurulması yer alıb. Suriya rejimi, o cümlədən İran və Rusiya etirazını bildirsə də, ABŞ bunun üçün nə Dəməşqdən, nə də digərlərindən icazə alacağını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm