Dünya
Co Baydenin bu təbrikinə Rusiyadan reaksiya: Açıq-aşkar təzyiq cəhdidir
ABŞ Serbiyanın sərhədlərini “yenidən cızmaq” istəyir.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib. O, ABŞ prezidenti Co Baydenin Serbiya lideri Aleksandr Vuçiçə Serbiyanın Dövlətçilik Günü münasibətilə ünvanladığı təbriki “açıq-aşkar təzyiq cəhdi” adlandırıb.
“Bu halda söhbət təkcə təzyiqdən getmir. Mənə elə gəlir ki, ABŞ Serbiyaya münasibətdə bir qədər fərqli fəaliyyət metodu seçib. Bu, ölkəni Avropa İttifaqının deyil, ABŞ-ın tabeliyində görmək üçün açıq cəhddir”, - Zaxarova “Sputnik” radiosunun efirində bildirib.
Diplomat hesab edir ki, əslində söhbət Vaşinqtonun Serbiyanın sərhədləri baxımından yenidən qurulması, yenidən formalaşdırılması cəhdindən gedir.
“ABŞ prezidentinin Serbiyanı təbrik etməsi çox şeydən xəbər verir. Əgər kimsə nəyisə başa düşmürsə, bu bəyanatı bir daha oxuyun”, - Zaxarova əlavə edib.
Mehti Kamiloğlu
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır













.png)




















