Çin hərəkətə keçdi: Rusiya-Ukrayna münaqişəsini belə həll edəcək
Bizi izləyin

Dünya

Çin hərəkətə keçdi: Rusiya-Ukrayna münaqişəsini belə həll edəcək

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofis rəhbəri Vanq Yi bildirib ki, ÇXR Rusiya-Ukrayna münaqişənin həlli ilə bağlı Pekinin təkliflərini əks etdirən sənəd hazırlayır .

Publika.az xəbər verir ki, bu barədə çinli diplomat Münhen Təhlükəsizlik Konfransı zamanı bildirib .

Vanq bildirib ki, sənəd ərazi bütövlüyünə və suverenliyə hörmət, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiqlik, təhlükəsizliyə təhdidlərə ciddi yanaşma və böhranın sülh yolu ilə həllinə kömək etmək üçün hər cür səy göstərməyə çağırış təkliflərini özündə əks etdirəcək.

Pekin həmçinin nüvə müharibələrinin qəbuledilməz olduğunu və onlara qalib gəlməyin qeyri-mümkün olduğunu vurğulamaq, həmçinin nüvə fəlakətinə səbəb ola biləcək nüvə stansiyalarına və nüvə obyektlərinə hücumların yolverilməzliyini qəti şəkildə bəyan etmək niyyətindədir.

Həmçinin Çin digər ölkələri istənilən şəraitdə kimyəvi və bioloji silahların istifadəsinin yolverilməzliyi ilə bağlı bəyanatlara qoşulmağa çağırıb.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm