Dünya
Fransızların ermənisayaq saxtakarlığı - Topçu Vüsalın fotosu ilə...
Erməni təbliğatına və maraqlarına xidmət edən 3 fransız kino işçisi film hazırlamaq üçün yardım kampaniyasına start veriblər. Guya Ermənistanın təhlükədə olmasını əsas gətirən "sənət" adamları təcili film hazırlamağın vacibliyini qeyd ediblər.
Publika.az Trend-ə istinadla xəbər verir ki, ermənidən daha çox ermənilik edən fransızlar isə yardım kampaniyasına poster kimi azərbaycanlı topçu Vüsalın (Vüsal Şahverdiyev) fotosundan istifadə ediblər.
İkinci Qarabağ müharibəsi işitrakçısı olan Vüsal Şahverdiyev Azərbaycan cəmiyyətində sözügedən görüntüsü ilə tanınmışdı.
İndi ermənipərəst fransızların Ermənistan üçün yardım kampaniyasına Vüsalın fotosunu seçmələri ya növbəti erməni saxtarkalığı, ya da axmaqlığıdır.
Məsələnin hüquqi məsələsi də var. Bütün beynəlxalq normaları pozmağa alışan ermənilər və onların havadarları indi də azərbaycanlı döyüşçünün fotosunu poster edib, yardım toplayırlar.
Digər tərəfdən isə müəlliflər Azərbaycan-Ermənistan münasibətləri kontekstində guya xristian-müsəlman davasını təbliğ edərək islamafobiyanı tirajlayırlar.
-
MDB10:46Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
MDB09:53Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?


















.png)












