“Dudayev” batalyonunun son görüntüləri – VİDEO
Bizi izləyin

Dünya

“Dudayev” batalyonunun son görüntüləri – VİDEO

Sosial şəbəkələrdə Ukrayna ərazisində separatçılara qarşı vuruşan və Çeçenistan-İçkeriya Respublikasının mərhum prezidenti Cövhər Dudayevin adını daşıyan batalyon üzvlərinin döyüş öncəsi hazırlıq mərhələsinin görüntüləri paylaşılıb.

Axar.az xəbər verir ki, batalyon komandanı İsa Munayevin də yer aldığı videoda döyüşçülərin əvvəlcə ibadədi, daha sonra isə islam dinini qəbul etmiş ukraynalıların kimliyinə aydınlıq gətirilir.

Munayev öncə Şamil adını götürmüş Avstraliyada yaşayan ukraynalı döyüşçünü təqdim edib və bildirib ki, onu sıralarında görməkdən məmnundurlar. Taras adlı digər mücahid isə “Dudayev” batalyonu ilə tanışlıq məqamlarından danışıb və islam dininin müqəddəsliyinin onda oyatdığı hisslərə toxunub.

Xatırdaq ki, “Dudayev” batatolyonunda əsasən mühacir həyatı yaşayan çeçenlər təmsil olunurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm