Türkiyədə şok məhkəmə qərarı - Başqasının xanımı ilə danışmaq yasaq
Bizi izləyin

Dünya

Türkiyədə şok məhkəmə qərarı - Başqasının xanımı ilə danışmaq yasaq

Türkiyədə Apellyasiya Məhkəməsinin qərarı təəccüblə qarşılanıb. Teleqraf.com xəbər verir ki, Rəcəb Sultan adlı kişi həyat yoldaşı ilə münasibətdə olan Şakir Qarayel adlı digər kişini məhkəməyə verib. İddiasında göstərib ki, Şakir onun həyat yoldaşı Sənubərlə münasibət qurub və boşanmalarına səbəb olub.

Ş.Qarayel isə məhkəmədə qeyd edib ki, həqiqətən də internetdə Sənubərlə münasibət qurub, hətta bir neçə dəfə görüşüblər, amma aralarında cinsi əlaqə olmayıb.

Məhkəmə tibbi ekspertiza Ş.Qarayel ilə Sənubər arasında cinsi əlaqənin olmadığını təsdiqləyib.

Sənubər isə bildirib ki, o, əri R.Sultanla yola getmir: "Bir-birimizi başa düşə bilmirik. Başqa birisi ilə münasibət qurmağa qərar verdim. Yaxın vaxtlarda boşanacam və yenidən ailə həyatı quracam".

Apellyasiya Məhkəməsinin qərarına əsasən hətta aralarında cinsi əlaqə olmasa da belə ailə dəyərlərinə xələl gətirən və hərəkətləri boşanmaya səbəb olan Ş.Qarayel günahkardır və o, R.Sultana vurduğu mənəvi zərərə görə, təzminat ödəməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm