Dünya
Tədqiqat: "Şimal axının"dakı partlayış ekologiyaya dəhşətli zərər vurub
.jpg?v1685706925)
Danimarka, Almaniya və Polşalı alimlər "Şimal axını 1" və "Şimal axını 2" partlayışları ilə bağlı araşdırma aparıblar. Araşdırma nəticəsində müəyyən olunub ki, partlayış Baltik dənizinin ekologiyasına təsir edib.
Publika.az xəbər verir ki, bu barədə "The Copenhagen Post" yazır.
Tədqiqatçılar müəyyən ediblər ki, 2022-ci ilin sentyabrında "Şimal axını"nda gurultulu dörd partlayış nəticəsində 250 min ton çirklənmiş dəniz çirkabı qalxıb. Nəticədə, bir neçə dəniz populyasiyasını məhv edə biləcək zəhərli maddələr olan çöküntü yuxarı qalxıb.
Danimarkanın ətraf mühit naziri Maqnus Hoynike hesabata cavab olaraq hökumətin Baltik dənizi ətrafındakı qonşu ölkələrlə monitorinq aparacağını və məlumatları paylaşacağını vəd edib ki, hər kəs təsir barədə ümumi təsəvvürə malik olsun və bütün lazımi tədbirləri görmək imkanı olsun.
Bundan əlavə, WWF-nin baş katibi Bo Oksneberq Danimarka və İsveç hökumətlərini Baltik dənizinin gələcəkdə bu miqyasda baş verə biləcək insidentlərdən mühafizəsini təmin etmək üçün “dəniz planı” hazırlamağa çağırıb.
"Bu, Baltik dənizinin tabutunda daha bir ölümcül mismardır",- Oksneberg deyib.
Ayşən

-
Rəsmi xronika15:53
İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:28
İlkin Süleymanov son sözünü dedi - YENİLƏNDİ
-
İdman14:45
Gözəlliyi başına bəla oldu, idmanı bu sahəyə dəyişdiyini açıqladı - FOTOLAR
-
Sosial13:49
Pul qazandır, amma hörmət görmə: Azərbaycanda banklar bu müştərilərə niyə dəyər vermirlər?
-
Region12:58
Azərbaycanlı teleaparıcı Türkiyədə "vay-vay"la gündəm oldu - VİDEO
-
ABŞ12:20
Gözlənilən qanun layihəsi təsdiqləndi - İyunun 5-dən...
-
Magazin211:58
Məşədi İbadın Gülnazına şükür, bunun neçə adaxlısı varmış? - Onun haqqında bilmədiklərimiz - FOTO
-
Magazin111:28
"Niyaməddin Musayev məni görən kimi pulları gizlətdi" - Çingiz Əhmədov - VİDEO