Çin COVID-19-un laboratoriya mənşəyinə dair məlumatlarını şərh etdi
Bizi izləyin

Dünya

Çin COVID-19-un laboratoriya mənşəyinə dair məlumatlarını şərh etdi

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bu gün keçirdiyi brifinqdə koronavirusun laboratoriya mənşəyi ilə bağlı FTB məlumatlarını şərh edib.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, Çin COVID-19 mənbəyini axtarmaq bəhanəsi ilə hər hansı siyasi manipulyasiyaya qarşıdır.

“Çin tərəfi mənbə (COVID) axtarmaq bəhanəsi ilə istənilən formada siyasi manipulyasiyaya qəti şəkildə qarşı çıxır. Kəşfiyyat xidmətlərinin elmi işlərə qarışması özlüyündə bu məsələnin siyasiləşdirilməsidir”, - deyə Mao Ninq bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ kəşfiyyat orqanlarının saxta hesabatlarına əsaslanan nəticələr etibarlı deyil.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm