İran Trampa qarşı qətl planı hazırlayır - ŞOK FAKTLAR açıqlandı
Bizi izləyin

Dünya

İran Trampa qarşı qətl planı hazırlayır - ŞOK FAKTLAR açıqlandı

ABŞ hesab edir ki, İran qisas almaq üçün Tramp, Pompeo və Makkenzini öldürməklə hədələyir.

Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, ABŞ İranın keçmiş prezident Donald Tramp, Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının rəhbəri, general Kennet Makkenzi və keçmiş dövlət katibi Mayk Pompeonun da yer aldığı intihar siyahısından ciddi şəkildə narahatdır. "Fox News" şərhçilərinin fikrincə, adı çəkilən şəxslər Tehran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymanini öldürməkdə ittiham olunur və onlar qətlinin planlaşdırıldığı ehtimal olunur.

FTB-nin direktoru Kristofer Rey qeyd edib ki, İran ABŞ və dünya üçün ciddi təhlükədir. O, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin (VKS) komandanı Əmir Əli Hacızadənin İran hakimiyyətinin sadalanan insanları qətlə yetirməyi planlaşdıra biləcəyinə eyham vuran sözlərini belə şərh edib.

“Bugünkü işdə irəli sürülən ittihamlar İran rəsmilərinin İran rejimini tənqid edənləri – hətta ABŞ-da qətlə cəhd edənləri susdurmağa nə qədər hazır olduğunu göstərir. Amma İrandan gələn təhlükəyə daha geniş mənada baxsaq, o zaman görərik ki, İran rejimi bütün cəbhələrdə daha aqressiv və həyasızlaşır”, - Rey deyib.

Xatırladaq ki, Süleymani 2020-ci il yanvarın 3-də ABŞ-ın Bağdad hava limanına endirdiyi zərbə nəticəsində öldürülüb. Generalın qətlinə görə məsuliyyəti Amerikanın eks-prezidenti Donald Trampın komandası öz üzərinə götürüb.

Buna cavab olaraq, yanvarın 8-nə keçən gecə İran Amerikanın İraqdakı obyektlərinə onlarla raket zərbəsi endirib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm