Erməni Milli Konqresi hökumətin istefasını tələb edir
Bizi izləyin

Dünya

Erməni Milli Konqresi hökumətin istefasını tələb edir

Qaz borcu məsələsi üzrə müvəqqəti komissiyanın yaradılması təşəbbüsünün iflasa uğramasından sonra Ermənistan hökumətinin istefası məsələsinin qaldırılmasının vaxtı çatıb. Trend-in News.am-a istinadən verdiyi məlumata görə, bu barədə Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan fevraın 5-də jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, hakim koalisiyaya daxil olmayan dörd parlament fraksiyası gələcək addımlarla bağlı məsləhətləşmələr aparır: "Bu səsvermə ilə hakim Respublika Partiyasının hökumətin sövdələşmələrini ört-basdır edən siyasi qüvvə olduğu məlum oldu. Bu azmış kimi, partiya müvəqqəti komissiya yaratmağa cəsarəti çatmadığı üçün sövdələşməni gizlətdi, halbuki bir çox respublikaçıların bu məsələ ilə bağlı sualları var: bəziləri səsvermədə bitərəf qaldı və ya iştirak etmədi".

Bir neçə ay bundan əvvəl Ermənistan parlamenti və ictimaiyyəti 2010-cu ildən Ermənistan tərəfdən "Qazprom" şirkəti qarşısında yığılmış 300 milyon dollar borc, habelə Ermənistan hökumətinin "ArmRosQazprom" şirkətindəki səhmlərinin 20 faizinin Rusiyanın "Qazprom" şirkətinə satılmasına dair saziş barədə öyrəndi.

Fevralın 5-də parlament çoxluğu bu məsələ ilə bağlı müvəqqəti komissiyanın yaradılması ilə əlaqədar hakim koalisiyaya daxil olmayan dörd siyasi qüvvənin təşəbbüsünü rədd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm