Dünya
Ukraynanın taleyinin necə olacağını bilmir - Amma deyir ki...

“Gələcəkdə Ukraynanı nəyin gözlədiyini mühakimə etmək çox çətindir. Qərb ona humanitar yardım göstərməyə və silah-sursat verməyə davam edəcək”.
Publika.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts CNN telekanalına müsahibəsində deyib.
Jurnalist ona sual verib ki, Kiyev nə vaxtsa reallığı qəbul edib Krımın və Donbasın bir hissəsinin itirilməsi ilə barışa biləcək? Şolts cavabında bildirib ki, Ukrayna bu məsələləri təkbaşına həll edəcək: “Biz onlar üçün qərar verməyəcəyik. Biz onları dəstəkləyirik”, - Şolts vurğulayıb.
O izah edib ki, Kiyev hazırda Avropa İttifaqına daxil olmaq üçün şərtləri yerinə yetirmək üzərində işləyir.
"Düşünürəm onlar bilirlər ki, biz qarşıdakı sülh dövründə ölkə üçün müəyyən təhlükəsizlik təminatları təşkil etməyə hazırıq", - o deyib. Onun fikrincə, ukraynalılar sülhə hazırdır və onların müəyyən təklifləri var. Amma ilk addımı Moskva atmalıdır.
Ayşən Rəhim

-
Sosial14:59
Azərbaycanda vəzifəli şəxslər cərimə olundu
-
Maraq dünyası14:22
“WhatsApp” işlədənlərə vacib xəbər - İnqilabi yenilik gəldi - FOTO
-
Dünya13:46
Nəticəylə razılaşmayanlar daha ölümcül virus hazırlayır - Pandemiya "yaradıcıları" İFŞA OLUNDU
-
Nida Xəbər 12:41
Lukaşenko: Həm Azərbaycan, həm də Ermənistan üçün...
-
Maraq dünyası11:56
Ən xoşniyyətli bürclər - Sanki mələkdirlər
-
Sosial11:36
Bu ərazilərimizə leysan yağdı - FAKTİKİ HAVA
-
Magazin111:11
Mina həyatından danışdı: “Keçmiş ərim məni..."
-
Sosial10:30
150-dən çox sürücü saxlanıldı - SƏBƏB