Putin, Lavrov və Şoyqu Stalini qabaqladı – Sorğu
Bizi izləyin

Dünya

Putin, Lavrov və Şoyqu Stalini qabaqladı – Sorğu

Rusiya “İctimai rəy fondu” (FOM) ölkədə bugünkü liderlərdən, həmçinin keçmiş SSRİ-də kimin reytinqinin daha yüksək olmasına cavab tapmaq üçün sorğu keçirib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu digərlərini qabaqlayıb.

Rəyi soruşulanların 60 faizi bəyəndiyi liderin adını çəkib. V.Putin (36 fazi), S.Lavrov (6 faiz) və S.Şoyqu (5 faiz) ilk üçlük yer alıb.

Siyahıda Rusiyanın məşhur mədəniyyət xadimləri, alimlər, siyasətçilər və idmançılar var. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski (4 faiz), baş nazir Dmitri Medvedev (3 faiz), kino rejissoru və ssenarist Nikita Mixalkov (3 faiz), Gennadi Züqanov (2 faiz), Patriarx Kiril və keçmiş SSRİ-nin lideri İosif Stalin (1 faiz) sonrakı yerlərdə qərarlaşıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm