Dünya
100 erməni öldürülüb, 106-sı girov götürülüb, 50 mini qaçıb
2011-ci ilə qədər 100 minə yaxın erməninin yaşadığı Suriyada bu gün erməni icması yarıbayarı azalıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Suriya ermənilərinin bugünkü durumu ilə bağlı Hələb şəhərində nəşr olunan “Qandsazar” qəzetinin baş redaktoru Zarmik Poqikyan məlumat verib. Poqikyanın sözlərinə görə, 3 il davam edən Suriya müharibəsi zamanı erməni icmasının 100 üzvü həlak olub, 106 nəfər isə xəsarət alıb.
Bundan başqa, icma üzvlərinin 1700-dən artıq mənzili, ictimai obyektləri, o cümlədən məktəbləri dağıdılıb: “İtkimiz 100 nəfərdir. 106 nəfər isə girov götürülüb. Onlara görə pul tələb edirlər. Adətən, quldurlar yüksək məbləğ tələb edirdilər və əgər bu məbləğ ödənilmirdisə, girovlar öldürülür. Hazırda 106 girovdan 6-sının harada olması barədə ümumiyytələ, heç bir məlumatımız yoxdur. 1700 mənzil və icmaya məxsus struktur obyekti də dağılıb. 100-dən artıq erməninin çalışdığı zavodlar, özəl müəssisələr artıq yoxdur”.
O əlavə edib ki, kütləvi mühacirət Suiriya ermənilərinin sayının kəskin azalmasına səbəb olub: “Erməni icması 50 faiz azalıb. 12 min nəfər Ermənistana, 15 min nəfər Livana mühacirət edib. Ermənistan və Livan vasitəsilə daha bir neçə min insan ABŞ və Qərbi Avropa ölkələrinə köçüblər”. Sonda qəzet redaktoru Suriyada 30 min erməninin qaldığını ehtimal edib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...