Dünya
Ukrayna və Rusiya arasında “kütləvi məzarlıq müharibəsi” başladı
Sentyabrın 5-də Ukraynanın şərqində vəziyyətin sabitləşməsindən bu yana daha bir məsələ tərəflər üçün ittiham alətinə çevrilib. Donbas hövzəsində bir-birinin ardında kütləvi məzarlıqlar aşkarlanır.
Publika.az-ın RİA xəbə agentliyinə istinadən verdiyi məlumata görə, növbəti iddia “Donetsk Xalq Respublikası”nın “baş naziri” Aleksandr Zaxarçenkodan gəlib.
“Baş nazir” Donetsk şəhəri yaxınlığında üç kütləvi məzarlığın aşkarlandığını bildirib.
“Hələ ki kütləvi məzarlıqları tapırıq. Tapılan son üç məzarlıqdan birində dinc sakinlər basdırılıb. Onların sayı təxminən 40 nəfərdir. Digər iki məzarlıqda isə özünümüdafiə qüvvələrinin silahlıları basdırılıb”, - deyə o, qeyd edib.
A.Zaxarçenkonun sözlərinə görə, aşkarlanan cəsədlərində bəzilərində daxili orqanlar yoxdur. “Baş nazir” bildirib ki, ekspertizanın son nəticələri açıqlanmadan əvvəl önların ölüm səbəbi, eyni zamanda daxil orqanların onların sağ ikən, yaxud da öləndən sonra götürüldüyü barədə iddia irəli sürmək çətindir.
Kiyev isə separatçıların bu iddialarını inkar edir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenkonun kütləvi məzarlıqların tapıldığı ərazidə Milli Qvardiya və Ukrayna ordusunun heç bir hərbçisinin olmadığını deyib.
Bundan əvvəl isə Donetsk vilayətinin Nijnya Krınka qəsəbəsində kütləvi məzarlıq tapılıb. Məzarlıqda basdırılan bir lövhəyə “Putinin yalanına görə həlak oldu” yazılıb. Lövhənin kimin tərəfindən basdırıldığı bilinmir.
İki gün əvəvl isə Rusiya prezidentinin İnsan Haqları üzrə Şurasının rəhbəri Mixail Fedotov Donetsk şəhəri ətrafında kütləvi məzarlığın aşkarlandığını bildirib. O, kütləvi məzarlıq araşdırılması üçün beynəlxalq qrup tələb edib. O, həmçinin qeyd edib ki, beynəlxalq tədqiqat qrupunun obyektiv fəaliyyət göstərməsi üçün onun tərkibinə beynəlxalq hüquq müdafiəçiləri və jurnalistlər daxil edilməlidir. M.Fedetov digər kütləvi məzarlıqların da aşkar edilməsini istisna etməyib.
“Kütləvi qətllər müasir müharibənin reallıqlarıdır. Belə cinayətlər keçmiş Yuqoslaviyanın ərazisində də olurdu”, - deyə o, vurğulayıb.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!