İrəvan Azərbaycanı növbəti dəfə KTMT ilə hədələdi
Bizi izləyin

Dünya

İrəvan Azərbaycanı növbəti dəfə KTMT ilə hədələdi

“Əgər Azərbaycan və Ermənistan arasında müharibə başlayacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı erməni tərəfinə kömək göstərəcək. Bu təşkilatın nizamnaməsində də nəzərdə tutulub”.Publika.Az –ın “Armenpress”ə istinadən verdiyi məlumata görə, bu sözləri “Ayos Arsivner” (“Erməni qartalları”) təşkilatının nümayəndələri ilə görüşdə Ermənistan müdafiə naziri Seyran Ohanyan söyləyib.

Nazir vurğulayıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlüyünə yüksək əhəmiyyəti verir. Nazir Ermənistanın təşkilatın təsisçilərindən biri olduğunu xatırladıb.“Hazırda təşkilatın hərbi-siyasi inkişafı üzrə ciddi addımlar atılır. Müxtəlif tədbirlərdə iştirakımızla biz uyğun olan elə bir mühit yaradırıq ki, ehtiyac olduğu halda təşkilatın üzvləri Ermənistanın kömək göstərsin”, - erməni müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinski də keçən ilin sonlarında Dağlıq Qarabağda müharibə başlayacağı tədqirdə KTMT razılaşmasına uyğun olaraq, Rusiyanın Ermənistanda olan hərbi bazaların əməliyyata müdaxilə edəcəyini bildirmişdi. Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun Moskvaya səfəri zamanı isə bu bəyanat Rusiya müdafiə naziri Sergey Şoyqu tərəfindən təkzib olunmuş, Ruzinskinin fikirlərinin journalist tərəfindən təhrif olunduğu söyləmişdi.

Erməni mediası həmçinin xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizliyinin Şurasının katibi Artur Baqdasaryan bu gün İrəvanda səfərdə olan KTM baş katibi Nikolay Bordyuja və təşkilatın birləşmiş qərargahının başçısı Aleksandr Studenikini qəbul edib. Görüşdə KTM çərçivəsində əməkdaşlıq, birləşmiş aviasiya güclərinin inkişaf etdirilməsi, Qafqaz regionunda təhlükəsizliyin təmin olunması, İrəvanda KTM-nn illik beynəlxalq strateji sammitinin keçirilməsi məsələləri müzakirə edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm