Daha bir GÜCLÜ ZƏLZƏLƏ: bu ölkədə yer yerindən oynadı - ÖLƏNLƏR VAR
Bizi izləyin

Dünya

Daha bir GÜCLÜ ZƏLZƏLƏ: bu ölkədə yer yerindən oynadı - ÖLƏNLƏR VAR

Ekvadorda şənbə günü səhər saatlarında baş verən 6,7 bal gücündə zəlzələ nəticəsində ən azı 12 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə yerli “Semana” qəzeti xilasedicilərin məlumatlarına istinadəla yazıb.

"Hazırda 12 nəfərin ölməsi (11 nəfər El Oro əyalətində və bir nəfərə Asuay əyalətində) barədə məlumat verilib. Yaralılar var, onlara xəstəxanalarda yardım göstərilir", - deyə ölkə prezidentinin mətbuat xidmətinin "Twitter" səhifəsində qeyd olunub.

xxx

23:00 - 18.03.23

Ekvadorda martın 18-də 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə TASS Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla məlumat yayıb.

Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Narancal şəhərindən 17 kilometr cənub-qərbdə yerləşib. Ocaq 85 kilometr dərinlikdə yerləşib.

Hazırda qurbanlar və dağıntılar haqqında məlumat verilmir. Sunami təhlükəsi yoxdur.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Onların episentri Qəhrəmanmaraş vilayətində olub. Yeraltı təkanlar son 84 ildə ölkə üçün rekorda çevrilib. Zəlzələlər nəticəsində 49 mindən çox insan həlak olub, 100 mindən çox insan yaralanıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm