Dünyanın ən xoşbəxti yenə də bu ölkə oldu
Bizi izləyin

Dünya

Dünyanın ən xoşbəxti yenə də bu ölkə oldu

Finlandiya yenidən dünyanın ən xoşbəxt ölkəsi kimi tanınıb.

Publika.az xəbər verir ki, bu nəticəyə BMT-nin Dünya Xoşbəxtlik Hesabatına əsasən gəlinib. Finlandiya ardıcıl olaraq 6-cı dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.

İkinci və üçüncü yerləri müvafiq olaraq Danimarka və İslandiya qoruyub saxlayıb. Xoşbəxtlik səviyyəsi əsas həyati qərarlar vermək azadlığı, adambaşına düşən ÜDM, korrupsiyanın aşağı səviyyəsi və sair kimi meyarlara görə qiymətləndirilir.

Doqquz şanslı ölkə arasında İsveçrə, Norveç, İsveç, Hollandiya, Yeni Zelandiya və Lüksemburq da var.

BMT-nin hesabatına görə, xoşbəxtlik baxımından siyahının ən sonunda yenə Əfqanıstan və Livan olub.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm