Poroşenko: “Onlara cəhənnəmdə yanmağı arzulayıram”
Bizi izləyin

Dünya

Poroşenko: “Onlara cəhənnəmdə yanmağı arzulayıram”

Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın bölünməsi tərəfdarlarına cəhənnəmdə yanmağı arzulayıb.

Publika.az-ın lenta.ru saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı bu arzunu “Strategiya-2020”nin açıqlanacağı mətbuat konfransında ifadə edib.

“Ukrayna vətəndaşları bir ailədir və bundan sonra da belə olacaqlar. Hazırda ukraynalıların qarşısında bir sual dayanır: Olmaq və ya olmamaq?”, - deyə Poroşenko bildirib.

Ukrayna lideri həmçinin sülhün yaxında olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm