Putin Türkiyəyə gedir? - Ankaradan açıqlama
Bizi izləyin

Dünya

Putin Türkiyəyə gedir? - Ankaradan açıqlama

Ankara Putinin Türkiyəyə ehtimal edilən səfərini təsdiqləməkdən imtina edib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Rusiya lideri Vladimir Putinin Türkiyəyə ehtimal edilən səfəri ilə bağlı məlumatı təsdiqləməyib.

"Bizdə belə bir məlumat yoxdur", - administrasiyanın mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl bir sıra Türkiyə KİV-ləri Putinin Ankaraya gizli səfərinin hazırlandığı, səfərdə ikitərəfli gündəliyin geniş spektrinin müzakirə olunacağını idda edirdilər. Bildirilirdi ki, Putin zəlzələdən zərər çəkmiş ərazilərə də səfər edəcək.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm