Daha bir ölkə rekord hərbi büdcə ayırdı
Bizi izləyin

Dünya

Daha bir ölkə rekord hərbi büdcə ayırdı

Yaponiya parlamenti rekord hərbi xərclərlə 2023-cü il büdcəsini təsdiqləyib.

Publika.az xəbər verir ki, Yaponiyanın yuxarı palatasının büdcə komitəsi çərşənbə axşamı günü 2023-cü ilin aprel ayından başlayacaq növbəti maliyyə ili üçün rekord məbləğdə (6,8 trilyon yen və ya 51,8 milyard dollar) hərbi xərclərlə büdcəni təsdiqləyib.

Məlumata görə, büdcə həcmlərinin artmasının əsas səbəbi müdafiə xərclərinin çoxalmasıdır.

Bundan əlavə, bu vəsaitin 211,3 milyard yen və ya 1,6 milyard dollarının ABŞ-dan “Tomahawk” qanadlı raketlərinin alınmasına ayrılacağı qeyd edilib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm