Dünya
Ukrayna “Divar”ın birinci mərhələsinə başladı
Ukrayna baş naziri Arseniy Yasenyuk “Rusiya Federasiyası ilə real dövlət sərhədi”nin tikintisi layihəsinin başlandığını elan edib.
Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
“Divar” adını alan layihənin altı ay ərzində başa çatdırıması nəzərdə tutulur. Ukrayna hakimiyyəti sentyabrın 30-da “Divar” layihəsinin reallaşdırılması üzrə işlərin birinci mərhələsini yekunlaşdırmağı planlaşdırır. Daha əvvəl isə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, “Divar” lazım gələrsə, müasir güclü müdafiə kompleksi olacaq.
Ukrayna prezidenti Pyotr Poroşenko dünən “Ukraynanın müdafiəsi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün təcili ölçülər haqqında” qanunu imzalayıb. Sözügedən qanun 28 avqust 2014-cü il tarixində Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurası tərəfindən qəbul edilib. Qanunda Ukrayna və Rusiya Federasiyasının dövlət sərhədində yerləşən avtomobil buraxılış məntəqələrinin müvəqqəti bağlanması, həmçinin ehtiyac olduğu halda digər növ buraxılış məntəqələrinin də müvəqqəti bağlanması əksini tapıb.
Bu günlərdə hökumət “Divar” layihəsinin reallaşdırılması üçün maliyyələşmənin təxminən 18 milyon dollarlıq ikinci tranşını keçirib. İlk olaraq isə 8 milyon dollar ayrılmışdı. Ukraynalı mütəxəssislərin divarın tikintisi üçün 100 milyon dollardan çox lazım olacağını bildirirlər. Ukrayno-Rusiya sərhədinin ümumi uzunluğu 2,3 min kilometrdir. Kiyev edir ki, Ukraynanın şərqindəki problem həll etmək sərhədin şəffaflıq vəziyyətinə görə mümkün deyil. Ukrayna hakimiyyəti muzdlular və Rusiya hərbçilərinin, həmçinin hərbi texnikanın Rusiya-Ukrayna sərhədini asanlıqla keçdiyini iddia edir.
Ukrayna hakimiyyətinin planına görə, divar ilk mərhələdə Çerniqov, Sumsk və Xarkov ərazilərində, Krımla inzibati sərhəddə, həmçinin Donetsk, Zaporojye və Herson vilayətlərinin Azov dənizinin sahili ilə tikiləcək. Luqansk və Donetsk vilayətlərinin təxminən 400 kilometrlik sərhədi isə separatçıların nəzarəti altındadır. Həmin ərazilərdə isə divarın daha sonra tikilməsi planlaşdırılır, lakin konkret tarix açıqlanmır. Layihədə tikanlı məftillər, müşahidə qüllələri, infra-qırmızı videokameralar və tank əleyhinə xəndəklər nəzərdə tutulub.
Rusiya Federasiyası prezident administrasiyasının başçısı Sergey İvanov bildirib ki, divarın tikintisi Rusiya və Ukrayna arasında hər hansı münasibətləri bərpa etməyi qeyri-mümkün edəcək.
Ukrayna prezidentinin söylədiyi kimi “Divar”ın müasir güclü müdafiə kompleksinə çevrilməsinə gəlincə, ekspertlər hesab edir ki, bu çox bahalı bir layihə ola bilər. Ekspertlər qeyd edir ki, İsraildə tətbiq edilən prinsiplər üzrə Rusiya ilə sərhəddə divarın inşası üçün 4 milyard dollar lazımdır.
Ömər Dağlı
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı