Qadın oldu, keçmiş xanımı ilə evləndi
Bizi izləyin

Dünya

Qadın oldu, keçmiş xanımı ilə evləndi

İngiltərədə 49 yaşında qadın olmağa qərar verən və arvadından boşanan 3 uşaq atası Andrev Nuttall yenidən arvadı ilə evlənib.

İngiltərədə 49 yaşında qadın olmağa qərar verən və arvadından boşanan 3 uşaq atası Andrev Nuttall yenidən arvadı ilə evlənib.

Belə ki, cinsiyyət dəyişdirmə əməliyyatı bitdikdən sonra keçmiş xanımı Helen Ratcliffe ilə bir dəfə daha dünya evinə girib.

Cütlüyün yetkinlik yaşına çatmış uşaqları atalarının cinsiyyət dəyişdirmə qərarını dəstəklədiklərini və valideynlərinin yenidən bir araya gəlməsinə sevindiklərini deyib.

Bütün dostları və qohumlarının qatıldığı ikinci toylarında bir-birinə bənzəyən ağ gəlin paltarları geyinən cütlük isə çox xoşbəxt olduqlarını və hər şeyə baxmayaraq bir-birini çox sevdiklərini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm