Ölümdən qurtuldu, amma yaddaşını itirdi
Bizi izləyin

Dünya

Ölümdən qurtuldu, amma yaddaşını itirdi

İranda narkotik qaçaqçılığı cinayəti ilə edam cəzasına məhkum olunan, lakin morqa aparıldıqdan sonra yaşadığı məlum olan məhkumun bir çox şeyi xatırlamadığı bildirilib.

İranda narkotik qaçaqçılığı cinayəti ilə edam cəzasına məhkum olunan, lakin morqa aparıldıqdan sonra yaşadığı məlum olan məhkumun bir çox şeyi xatırlamadığı bildirilib.

Əli Rza Mamakani keçən il 12 dəqiqə dar ağacında qalıb. Yaşadığı ortaya çıxandan sonra yenidən həbsxanaya aparılan məhkumun həyat yoldaşı ərinin həbsxanada unutqanlıq xəstəliyinə tutulduğunu, uşaqları da daxil olmaqla heç kimi xatırlamadığını söyləyib:

“Həbsxanaya gedəndə yad adamlar kimi üzümə baxır. Ona “Mən sənin xanımın, bunlar isə uşaqlarındır” deyirəm. Edamdan xilas olduğu zamanı özünə danışıram. Yaddaşını itirib. Xəstəxanada olduğu müddətdə vəziyyəti daha yaxşı idi. Lakin həbsxanada kifayət qədər baxılmadığı üçün pisləşib”.

Uzun müddət psixoloji müalicə də alan Əli Rzanın edama görə keçirdiyi şok və beyninə oksigen çatmaması nəticəsində unutqanlıq problemi ilə qarşılaşdığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm