Dünya
Bütün Avropa Ukraynanın təslim olacağı günü gözləsin - Belik

Vladimir Zelenski danışıqlara yox, təslim olmağa hazırlaşmalıdır.
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik deyib. Parlamentarinin sözlərini “İzvestiya” sitat gətirir.
Belə ki, Belik polşalı general Valdemar Skrzypçakın Zelenskinin Polşaya səfərinin Rusiya ilə danışıqlar üçün koalisiya yaratmaq niyyəti ilə bağlı olduğunu irəli sürən sözlərini şərh edib.
Belik generalın əlində olan məlumatların etibarlılığına şübhə ilə yanaşdığını bildirib və təkcə Zelenskiyə deyil, bütün Avropaya Ukraynanın təslim olmasına hazırlaşmağı tövsiyə edib.
Deputat Polşanın Ukraynaya hələ də ərazi iddialarının olduğunu ayrıca vurğulayıb. “Varşava Ukrayna münaqişəsində öz maraqlarını, o cümlədən əvvəllər ona məxsus olan ərazilərə nəzarəti ələ keçirmək istəyini güdür”, - deyə Belik yekunlaşdırıb.
Mehti Kamiloğlu

-
Rəsmi xronika15:56
İlham Əliyev bu qanunları təsdiqlədi
-
MDB15:18
Putin onu vəzifəsindən azad etdi
-
Rəsmi xronika14:47
Prezident bir qrup şəxsi təltif etdi
-
Region14:42
Ermənistan müsəlmanların puluna göz dikib: Bu ərəb ölkələri üçün...
-
MDB13:42
Hüseyn Həsənov ruslara belə kələk gəlib: 100 milyonluq mənzilini onun adına keçirib ki...
-
Sosial12:38
Sabah 31 dərəcə isti olacaq
-
Dünya11:48
Rusiyanın NATO-ya hücum edəcəyi tarix açıqlandı - Bu ölkələr təhlükədədir
-
Rəsmi xronika11:14
İlham Əliyev sərəncam imzaladı