Separatçılar edam etdikləri əsirləri şəhər zibilliyində basdırır
Bizi izləyin

Dünya

Separatçılar edam etdikləri əsirləri şəhər zibilliyində basdırır

Qondarma Donetsk Xalq Respublikasında müdhiş hadisələr baş verməkdədir.

Publika.azІnformator.lg.ua” saytına istinadən bildirir ki, terrorçular Luqansk şəhəri ətrafındakı zibilliyi adsız məzarlığa döndəriblər. Ukrayna hakimiyyətinə sadiq qalanlar, separatçılarla əməkdaşlıqdan imtina edənlər, həmçinin bəzi hərbi əsirlər edam edilərək gizli şəkildə burada dəfn edilirlər.

Sayta informasiya verən mənbənin bildirdiyinə görə, məzarları elə edamolunanların özlərinə qazdırırlar: “Zibilliyə gedən yol xırda təpəciklərlə dolub. Bunlar edam edilənlərin qəbirləridir. Bunu seyr etmək ürəkağrıdıcıdır.”

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna mediasında separatçıların Luqans Şəhər Sovetliyinin inzibati binasının otaqlarının birində işgəncə kamerası yaratdıqları barədə də informasiya getmişdi”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm