Dünya
Yaponiya Rusiyanı Ukrayna vasitəsilə "vuracaq" - 7,6 milyardlıq yatırım

Sakit okeandakı Kuril adaları münaqişəsinə görə Rusiya ilə böyük gərginlik yaşayan Yaponiya Rusiyanın hücumlarını davam etdirdiyi Ukraynaya 7,6 milyard dollar yardım edəcəyini vəd edib.
Publika.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa Brüsseldəki təmasları çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
Nazir Hayaşi bildirib ki, Yaponiya hökuməti Ukraynaya müxtəlif sektorları əhatə edən 7,6 milyard dollar yardım etməyi öhdəsinə götürüb.
May ayında G7 liderlərin sammitinə ev sahibliyi edəcək Yaponiyanın baş naziri Ukrayna prezidenti Vladimir Zelenskini onlayn rejimdə sammitdə iştiraka dəvət edib.
İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqı 1945-ci ildə Yaponiyanın təxminən 1300 kilometrə qədər uzanan və Sakit okeanı Oxot dənizindən ayıran Kuril adalarını ilhaq edib.
Kuril adaları münaqişəsinin həlli üçün Tokio və Moskva arasında danışıqlar ötən il dayandırılıb.
Aydan

-
Hadisə13:51
Sumqayıtda partlayış: Beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır
-
İqtisadi gündəm12:36
Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...
-
Maraq dünyası11:16
Ulduzlardan sirli siqnallar gəlir: NASA alimindən sensasion kəşf
-
İdman10:40
Çimərlikdən başlayan eşq hekayəsi: Bu gözəl onun həyatını görün necə dəyişib - FOTOLAR
-
Sosial10:04
Tanınmış jurnalist vəfat etdi - FOTO
-
MDB09:12
Yeni qayda hazırlanır: Bundan sonra yollarda onlar da şütüyəcəklər
-
Nəqliyyat08:24
Hazırda Bakının bu yollarında tıxac var - SİYAHI
-
Sosial07:55
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı