İranda kirayədə yaşayanların sayı kəskin artdı
Bizi izləyin

Dünya

İranda kirayədə yaşayanların sayı kəskin artdı

İranda inflyasiyanın artması və iqtisadi vəziyyətin ağırlaşması fonunda kirayə mənzillərdə yaşayan vətəndaşların sayında ciddi artım qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə İran parlamentinin Abadlıq Komissiyasının başçısı Müctəba Yusifi açıqlama verib.

O, hazırda Tehran şəhərində əhalinin 53 faizinin, İran üzrə isə əhalinin təxminən 51%-nin kirayə evlərdə yaşadıqlarını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm