"Avrasiya İttifaqına yeni üzv ölkələr qoşulacaq"
Bizi izləyin

Dünya

"Avrasiya İttifaqına yeni üzv ölkələr qoşulacaq"

"Avrasiya İqtisadi Birliyinə yeni üzv ölkələri qoşulacaq, inteqrasiyanın ilk cücərtiləri tezliklə hiss ediləcək".

Axar.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu sözləri "Kanal 5"ə müsahibəsində Rusiya Xarici İşlər naziri Serqey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya hüquq bərabərliyinin və qarşılıqlı qazancların əldə edilməsi üçün istənilən əməkdaşlığa hazırdır:

"Biz Çin, Hindistan, potsovet məkanı ölkələri ilə inteqrasiya layihələri reallaşdıracağıq. Avrasiya İqtisadi Birliyi artıq yaradılır. Ona artıq yeni ölkələr maraq göstərir və üzvlük tərkibi genişlənəcək. Proses uzun müddət vaxt aparacaq amma mən əminəm ki, tezliklə artıq bizim inteqrasiyamızın müsbət nəticələri hiss olunmağa başlanacaq".

Lavrov sonda Avrasiya İttifaqının yeni güc mərkəzi olacağını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm