Prezident 700 min insanın həyatı üçün təhlükəli qərar verdi - GÖZLƏNİLMƏZ
Bizi izləyin

Dünya

Prezident 700 min insanın həyatı üçün təhlükəli qərar verdi - GÖZLƏNİLMƏZ

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədov Aşqabadda metro tikintisi üçün imkanların öyrənilməsinə göstəriş verib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədov Aşqabadda metro tikintisi üçün imkanların öyrənilməsinə göstəriş verib.

"Axar.az" xəbər verir ki, “İnterfaks” agentliyinin verdiyi məlumata görə, o, bu sahədə təcrübəyə malik olan Ukraynanın “İnterbudmontaj” şirkətinə müraciət edib. Şirkətin idarə heyətinin sədri V.Petruk yerli televiziyaya müsahibəsində bildirib ki, tikinti ilə bağlı məsələ ən peşəkar mütəxəssislər tərəfindən aparılacaq. Qeyd olunur ki, rəsmi Aşqabad bir neçə dəfə metro tikintisi istiqamətində istəyini bildirsə də, məsələ hələ də həllini tapmayıb.

Xatırladaq ki, ötən ilin statistikasına əsasən, Aşqabadın əhalisi 700 min nəfərdir. Şəhərdə ictimai nəqliyyat vasitəsi kimi, avtobuslardan istifadə olunur.

Bir çox mütəxəssilər prezidentin metro tikintisi ilə bağlı qərarını təhlükəli sayırlar. Buna səbəb Türkmənistanın və xüsusən Aşqabad şəhərinin yüksək seysmik zonada yerləşməsidir. Bu şəhərdə tarixdə bir neçə dəfə güclü zəlzələlər baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm