Putinin boynundakı çapıq gündəm oldu: Xərçəng iddiaları yenidən aktuallaşdı - FOTO
Bizi izləyin

Dünya

Putinin boynundakı çapıq gündəm oldu: Xərçəng iddiaları yenidən aktuallaşdı - FOTO

Rusiya lideri Vladimir Putinin xərçəng xəstəliyinə tutulması iddiası yenidən gündəmə gəlib.

Publika.az xəbər verir ki, Pasxa bayramı üçün Moskvada keçirilən mərasimə qatılan Putinin boynundakı çapıq qalxanabənzər vəzi xərçəngindən əməliyyat olunduğuna yozulub.

ABŞ kəşfiyyatının hesabatlarında da bu haqda məlumat sızmışdı. Ona görə də, bu görüntü dünya mətbuatında diqqət çəkib.

Ötən günlərdə bir media qurumunun apardığı araşdırmada qalxanabənzər vəzi xərçəngi üzrə mütəxəssis olan həkimin Putinlə tez-tez görüşdüyü iddia edilirdi.

Sənədlərdə cərrah Yevgeni Selivanovun 166 gündə 35 dəfə Moskva xəstəxanasına getdiyi barədə məlumatlar var.

Putinin boynunda bənzər bir çapıq ilk dəfə 2020-ci ilin dekabrında müşahidə edilmişdi. Məsələni “DailyMail”-ə şərh edən plastik cərrah Amjad Al Yousef nəzəri olaraq bu tip yaraların intubasiya olunmuş xəstələrdə də müşahidə oluna biləcəyini söyləyib.

Həkim əlavə edib ki, ola bilsin ki, bu yara deyil və yaşlı insanların dərisində də oxşar deformasiyalar baş verə bilər.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm