Dünya
Bu türk dövləti kiril əlifbasından imtina etməyəcək - Rusiya qorxusu?

Qırğız dilinin latın əlifbasına keçidindən söhbət gedə bilməz, o, kiril əlifbasında inkişaf etməlidir.
Publika.az “MK.ru”ya istinadən xəbər verir ki, bunu Qırğızıstan prezidenti Sadır Japarov deyib.
Bu gün ölkə başçısı Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyevi qəbul edərkən ona irad bildirərək, ehtiyatsız bəyanatlardan çəkinməyə çağırıb.
"İndi bu sual qaldırılmır, dövlət dilinin inkişafı kiril əlifbasında davam etdirilməlidir", - deyə Japarov bildirib.
Qeyd edək ki, bundan əvvəl Qırğızıstan parlamentinin deputatları Emil Toktoşev və Kamilə Təliyeva qırğız dilinin kiril əlifbasından latın əlifbasına keçirilməsini istəyiblər. Eyni zamanda, Toktoşev kiril əlifbası ilə orijinal qırğız sözlərinin səhv yazıldığını bəyan edib.
Mehti Kamiloğlu

-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə