Onun uçuşunu 3 milyon adam izlədi - Zaxarovadan açıqlama
Bizi izləyin

Dünya

Onun uçuşunu 3 milyon adam izlədi - Zaxarovadan açıqlama

Lavrovun Nyu-Yorka uçuşunu üç milyon insan izləyib.

Publika.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında Moskvadan Nyu-Yorka gedən xarici işlər naziri Lavrovun uçuşunu üç milyona yaxın adamın izlədiyini bildirib.

Xatırladaq ki, Rusiya Federasiyasının XİN rəhbəri Lavrov dünən günorta saatlarında Amerika Birləşmiş Ştatlarına səfər edib. Daha sonra Moskva vaxtı ilə saat 04:00 radələrində Zaxarova Lavrovun Nyu-Yorka gəldiyini açıqlayıb.

Qeyd edək ki, Lavrov Yaxın Şərq problemlərinə dair açıq debatlarda iştirak edəcək.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm