Türkiyə prezidenti 2-ci turda bəlli olacaq? - Sorğular göstərir ki...
Bizi izləyin

Dünya

Türkiyə prezidenti 2-ci turda bəlli olacaq? - Sorğular göstərir ki...

Sorğular Türkiyədə prezident seçkilərinin ikinci turunun olacağını proqnozlaşdırır.

Publika.az xəbər verir ki, keçirilən sorğulara görə, Türkiyədə prezident seçkilərinin qalibi birinci turda müəyyənləşməyəcək. Belə ki, bir sorğunun nəticələrinə görə, prezidentliyə müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu 49,3% səs toplaya bilər. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın səs faizi isə 42,4-dür.

Digər iki namizəd Məhərrəm İncə və Sinan Oğan üçün vətəndaşların müvafiq olaraq 6,1%-i və 2,2%-i səs verməyə hazırdır.

Öz növbəsində, "Areda Survey" şirkəti 17,4 min nəfərin iştirakı ilə sorğu keçirib və bu sorğuda Ərdoğan 51,4%, Kılıçdaroğlu isə 41,8% səs toplayıb.

İkinci turda səsvermədə iştirak edənlərin 53,5%-i Ərdoğana, 46,5%-i Kılıçdaroğluna səs verməyə hazır olduğunu bildirib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm