Dünya
O ölkənin ümidi Kılıçdaroğlunadır - “Seçilsə, NATO-ya üzv olacağıq”

İsveçin “Expressen” qəzeti NATO-ya üzv olmalarının Türkiyədəki seçkilərdən asılı olduğunu yazıb.
Publika.az teleqraf-a istinadən xəbər verir ki, İsveç nəşri bunun üçün CHP sədri, prezidentliyə namizəd Kamal Kılıçdaroğludan qələbə gözləntilərinin olduğunu bildirib.
“Ərdoğan may seçkilərində uduzsa, İsveç bu yay keçiriləcək sammitdə NATO üzvü ola bilər”, - məqalədə qeyd olunub.
CHP sədrinin müşaviri Ünal Çeviközün bununla bağlı verdiyi mesajlara diqqət çəkilib.
İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti keçiriləcək. Stokholm bu sammitdə hərbi alyansın yeni üzvü olmaq istəyir.
Qəzet vurğulayıb ki, indiyədək Prezident Rəcəb Tayyib Ərdoğandan İsveçin yaxın gələcəkdə NATO-ya üzv ola biləcəyinə dair heç bir müsbət işarə yoxdur.
Çeviközə görə, Kılıçdaroğlu və rəhbərlik etdiyi CHP bu seçkilərdə qalib gəlsə, İsveçin iyul sammitində NATO üzvü ola biləcəyinə ümid edilir.

-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə